"İstəyim odur ki, sanballı layihələrlə efirə çıxım"

MƏDƏNİYYƏT
22:24 / 19.02.2024
319

"Yeni yaradıcılıq planlarım var, onların haqqında düşünürəm".

Bunu Hit.az-a açıqlamasında mərhum sənətkar, Xalq artisti Qədir Rüstəmovun davamçısı hesab edən "Muğam" müsabiqəsinin iştirakçılarından Mustafa Mustafayev deyib. 

Xanəndənin bütün istəyi tamaşaçıların qarşısına yeni layihələrlə çıxmaqdır:

"Allah Qədir Rüstəmova rəhmət eləsin. Bir mahnı ilə xalqın qəlbində yer tapdı, sevildi. Dünyamız, ölkəmiz və millətimiz sağ olsun ki, sənətkara qiymət, dəyər verir. Bundan vacib nə olar bilər ki? İstəyim odur ki, sanballı layihələrlə efirə çıxım və buna görə tələsmirəm".

Azra 

0