Vətənpərvər mahnıları ilə məşhurlaşan müğənni Rövşən Binəqədilidən xəbər var.
Prodüseri Məmməd Məhərrəmov uzun müddətdir müalicə alan ifaçının səhhəti ilə bağlı Hit.az-a açıqlama verib.
O bildirib ki, Rövşən Binəqədilinin səhhəti yaxşıdır:
“Hazırda hər şey qaydasındadır. Rövşən bəyin müalicəsi davam edir. Əməliyyat ehtimalı hələ də var. Lakin müalicənin nəticəsinə əsasən qərar veriləcək. Artıq müalicənin son mərhələsindəyik. O da tamamlandıqdan sonra həkimlər Rövşən bəyin sağlamlıq vəziyyətinə baxacaq”.
M. Məhərrəmov ifaçının yeni mahnılar üzərində çalışdığını da söyləyib:
“Rövşən bəy özünü yaxşı hiss edir və gündəlik həyatına davam edir. Düzdür, son zamanlarda yeni mahnı ifa etmir, amma müəyyən dəvətlərə gedir. Bundan başqa, yeni mahnılar üzərində də çalışır”.
Qeyd edək ki, Rövşən Binəqədili astma xəstəliyyindən əziyyət çəkir. Həmçinin, mədəsində, ciyərlərində və bağırsaqlarında problem olduğu üçün müalicə alır. O, keçən il bununla bağlı əməliyyat olub, ardınca isə müalicə prosesinə başlayıb.
Aslan


