Ceyhun Bayramov, Ararat Mirzoyan və Blinken arasında üçtərəfli görüş keçiriləcək

SİYASƏT
08:59 / 10.07.2024
228

Bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq.

HİT.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak etmək üçün ABŞ-də səfərdədir.

0