"iPhone" telefonlarında yeni funksiya tətbiq ediləcək

TEXNO
18:28 / 13.11.2021
2419

"iPhone" markalı mobil telefonlarda məlumatları kənar şəxslərdən gizləyən yenilik tətbiq olunacaq.

Hit.az “report”a istinadən xəbər verir ki, bununla bağlı patent üçün ABŞ Patentlər və Ticarət Markaları Ofisinə (USPTO) ərizə verilib.

Belə ki, “Privacy Eyewear” adlı yeni ixtira "iPhone" ekranındakı məlumatları yalnız sahibinin xüsusi eynək vasitəsilə oxuya bilməsini, qalanlar üçün isə bağlanmasını nəzərdə tutan funksiyadır. Həmin eynək həm də sahibinin görmə xüsusiyyətlərinə görə tənzimlənə biləcək.

Yeni funksiya söndürülərkən çətinlik yaranmasın deyə iPhone-larda sahibin üzünü tanıyan “FaceID” funksiyasının imkanları artırılır.

Yeni funksiyanın nə vaxt bazara çıxarılacağı hələlik məlum deyil.

3