Fiko Ukraynaya hərbi yardım göstərmək üçün şərtini açıqladı

19:36 / 17.04.2024
156

Slovakiyanın baş naziri Robert Fiko Avropa İttifaqının apreldə keçiriləcək sammitində Kiyevə sırf ikitərəfli münasibətlər, yəni Aİ-yə üzv ölkələrlə Ukrayna arasında hərbi yardımın göstərilməsini dəstəkləyəcəyini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə yerli TASR agentliyi Slovakiya Nazirlər Kabinetinin rəhbərinə istinadən məlumat yayıb.

"Avropa Şurasının qarşıdan gələn fövqəladə sammitində Slovakiya üçün ən vacib məsələ Ukraynaya hərbi yardımın ikitərəfli məsələ olmasını təmin etməkdir", deyə agentliyin açıqlamasında deyilir.

Qeyd edildiyi kimi, baş nazir aprelin 17-18-də baş tutacaq sammitin ilk növbədə Aİ-nin vahid bazarına, eləcə də Yaxın Şərq və Ukraynadakı vəziyyətə həsr olunacağını vurğulayıb.

Bundan əvvəl Fiko bildirib ki, Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq istəyini ifadə edə bilər, lakin Bratislava onun NATO-ya qəbulu ilə bağlı sənədləri ratifikasiya etmək niyyətində deyil, çünki Slovakiya ölkənin neytral statusunda maraqlıdır.

Samir

 

0