ABŞ İsrailə 1 milyard dollardan çox silah göndərmək istəyir

DÜNYA
14:41 / 19.04.2024
158

ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə silah-sursat, hərbi texnika və minaatan mərmiləri də daxil olmaqla, ümumi dəyəri 1 milyard dollardan çox olan silahların tədarükü imkanını nəzərdən keçirir. 

HİT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.

"Bayden administrasiyası İsrail üçün tank sursatları, hərbi texnika və minaatan mərmiləri də daxil olmaqla, 1 milyard dollardan çox yeni silah sövdələşməsini nəzərdən keçirir", deyə nəşr qeyd edib.

Qəzet yazır ki, İsrailə təklif olunan silah tədarükü 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri ölkə üçün ən böyük silah partiyasından biri olacaq.

Nəşrin məlumatına görə, nəzərdən keçirilən sövdələşməyə 700 milyon dollar dəyərində 120 mm-lik tank sursatının, 500 milyon dollar dəyərində taktiki döyüş maşınlarının və dəyəri 100 milyon dollardan az olan 120 mm-lik minaatan mərmilərinin təhvil verilməsi daxildir.

Samir

0