Viktor Orban: "NATO müharibəyə girir"

DÜNYA
21:39 / 19.04.2024
196

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, NATO Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin təlimini və Ukrayna ordusuna silah göndərilməsini koordinasiya etdiyi üçün müharibəyə doğru gedir. 

HİT.az xəbər verir ki, o, bu barəfə "Kossuth" radiostansiyasının efirində danışıb.

"NATO indi hərbi personal göndərmək üçün deyil, yeni missiya təşkil edir, lakin Alyans hazırlıqları koordinasiya etməyə, silah göndərməyə başlayıb və üzv ölkələrdən pul toplamaq istəyir. NATO da bu müharibəyə girir", deyə Orban vurğulayıb.

Macarıstanın baş naziri xatırladıb ki, Budapeşt Ukrayna böhranına iki qardaş xalq arasında münaqişə kimi baxır.

Bundan əvvəl Orban bildirib ki, Budapeşt Ukrayna münaqişəsinə heç kimin tərəfində müdaxilə etmək niyyətində deyil. Bundan əlavə, o bildirib ki, Ukrayna artıq suveren dövlət sayıla bilməz, çünki o, Qərbin köməyindən asılıdır. Onun sözlərinə görə, Aİ və ABŞ-dan pul və silahlar olmasa, Ukrayna bir dövlət olaraq çətin ki, yaşaya bilərdi.

Samir

 

0