Annalena Baerbokla Netanyahu mübahisə edib, sərt ittihamlar səsləndirib

DÜNYA
16:03 / 19.04.2024
179

İsrailin "Kanal 13" kanalının jurnalisti Moriah Assaf Volberq Almaniyanln xarici işlər naziri Annalena Berbok və İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında müharibə ilə bağlı qızğın mübahisə etdiyini və bir-birinin ünvanına qeyri-adi dərəcədə sərt ittihamlar səsləndirdiyini bildirib. 

HİT.az xəbər verir ki, "Bild"in İsraildəki mənbələri bu məlumatı təsdiqləyib.

Mübahisəyə səbəb, görünür, İsrail tərəfinin Berboka göstərdiyi Qəzza zolağından görüntülər olub. Fotoşəkillər anklavda yerləşən bazarları göstərir, burada bol yemək görmək olar. Onlar bu yolla Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinə sübut etməyə çalışıblar ki, Qəzza zolağında aclıq problemi Avropada hesab edilən qədər kəskin deyil.

Berbok Qəzza zolağında qida vəziyyətinin fəlakətli olduğunu təkid edib və İsrail tərəfinə aclıq çəkən Qəzza uşaqlarının fotoşəkillərini də göstərə biləcəyini söyləyib.

"Kanal 13" jurnalistinin dediyinə görə, bundan sonra Netanyahu daha da emosional olub və hətta "İsraillilər nasistlər kimi deyil" deyib. İsrailin baş naziri bu zaman nasistlərin yəhudilərin kütləvi qətli ilə bağlı dünyanı çaşdırmaq üçün yaydıqları konsentrasiya düşərgələrinin fotoşəkillərini nəzərdə tutub.

Mübahisə Annalena Berbok və Benyamin Netanyahu arasındakı münasibətlərə yeni işıq salır. Son bir neçə ayda Almaniyanın xarici işlər naziri kansler Olaf Şoltsdan fərqli olaraq İsraili getdikcə daha çox tənqid etməyə başlayıb. Berbok Qəzza zolağındakı humanitar vəziyyətə görə İsrailə qarşı ciddi ittihamlar irəli sürür. İsrail hökuməti isə əksinə, anklavın mülki əhalisini aclıqdan öldürməsi ilə bağlı ittihamları rədd edir.

Samir

0