Çindən ABŞ-a xəbərdarlıq: "Ukraynadakı münaqişə başqalarını ləkələməklə həll edilə bilməz"

DÜNYA
13:53 / 23.04.2024
149

Çin Birləşmiş Ştatlara xəbərdarlıq edir ki, Ukrayna münaqişəsini "başqalarını təhqir etməklə" həll etmək olmaz. Pekin həmçinin Vaşinqtonu "odun üstünəı yağ tökməkdə" ittiham edib.

HİT.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinqdə bildirib.

"Biz Amerika tərəfinə xəbərdarlıq edirik ki, odun üstünə yağ tökmək, başqalarını ləkələmək və onları günahlandırmaq Ukrayna problemini həll etməyin yolu deyil", deyə XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, Ukrayna böhranının real həlli üçün ABŞ münaqişənin bütün tərəflərinin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı, həmçinin Avropa təhlükəsizliyinin sabit və etibarlı sistemi yaratmalıdır. Venbin qeyd edib ki, bu addımlar diplomatik dialoq yolu ilə atılmalıdır.

Bundan əvvəl "Wall Street Journal" ABŞ-ın Rusiya ilə işləyən Çin banklarını hədəf aldığını yazmışdı. Vaşinqton Çin kredit təşkilatlarını qlobal maliyyə sistemindən kəsəcək sanksiyalar hazırlayır.

Dövlətlər iddia edirlər ki, Çin bankları Çinin elektron sxemlərin, təyyarə hissələrinin, maşınların, dəzgahların və digər ikili təyinatlı malların Rusiya Federasiyasına ixracında əsas vasitəçilərdir, çünki onlar ödənişləri emal edir və ticarət üçün kredit verirlər.

Samir

0