Nensi Pelosi Netanyahunu istefaya çağırdı

DÜNYA
16:44 / 24.04.2024
151

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi İsrailin baş naziri Benyamin Netanyahunu yəhudi dövlətinin Qəzza zolağındakı siyasətinə görə istefaya çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə "Sky News" yazıb.

Onun sözlərinə görə, ABŞ İsrailin müdafiə hüququnu tanıyır, lakin Qəzza zolağında yaralanan fələstinlilərin sayı həddən artıq çoxdur.

"Biz Netanyahunun siyasətlərini və tətbiqlərini rədd edirik - onlar dəhşətlidir... Onun cavab olaraq etdiyindən daha pis nə ola bilər?", deyə Pelosi bildirib.

O, İsrail kəşfiyyatının rəhbərinin istefa verdiyini də xatırladıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri deyib ki, son nəticədə Netanyahu bunu etməlidir.

Samir

1