Tramp: "Bayden yəhudi xalqına və fələstinlilərə nifrət edir"

DÜNYA
10:02 / 25.04.2024
123

ABŞ prezidenti Co Bayden həm yəhudi xalqına, həm də fələstinlilərə nifrət edir. 

HİT.az xəbər verir ki, bu bəyanatla çərşənbə günü Amerikanın keçmiş lideri Donald Tramp çıxış edib.

"Co Bayden İsrailə və yəhudi xalqına nifrət edir. Problem ondadır ki, o, fələstinlilərə daha çox nifrət edir və sadəcə olaraq nə edəcəyini bilmir", deyə Tramp özünün "Truth" sosial səhifəsində yazıb.

Bir müddət əvvəl eks-prezident Bayden administrasiyasının öz siyasəti ilə dünyanı cəhənnəmə çevirdiyini və ölkəni qan gölünə sürüklədiyini bildirib.

Tramp ABŞ Konstitusiyasına Birinci Düzəlişin təmin etdiyi söz azadlığının qorunmasına arxalanaraq, ABŞ prezidenti Co Baydenə qarşı açıq şəkildə təhqiramiz danışmağa icazə verir. 

Samir

0