Baydenin Ukraynaya yardımla bağlı \"xüsusi plan\"ı nə olub?

13:57 / 25.04.2024
122

ABŞ prezidenti Co Bayden və tərəfdarlarının xüsusi planı sayəsində Ukraynaya 61 milyard dəyərində hərbi yardım göstərilməsi ilə bağlı qanun layihəsi razılaşdırılıb. 

HİT.az xəbər verir ki, bu barədə "Washington Post" mənbələrə istinadən yazıb.

Qeyd edilir ki, 2024-cü il fevralın sonunda Bayden Demokratlar və Respublikaçıların qanunvericilik liderlərini Nümayəndələr Palatasının Kiyevə vəsait ayrılmasına qarşı çıxmasını müzakirə etmək üçün Ağ Evə dəvət edib. Əvvəlcə görüşün mövzusu mümkün bağlanmanın qarşısını almaq olsa da, məqsəd Nümayəndələr Palatasının spikeri Mayk Consona təzyiq göstərmək idi.

MKİ rəhbəri Uilyam Börns və Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Consona Ukraynanın ABŞ-ın dərhal dəstəyi olmadan məğlubiyyətinin acınacaqlı perspektivini açıqlayıb və bu anın tarixi əhəmiyyətinə işarə edib. Bundan sonra Nümayəndələr Palatasının sədri ABŞ prezidenti ilə təkbətək danışıb.

Daha sonra Bayden tabeliyində olanlara Consona Ukraynanın məğlubiyyətinin Avropa üçün nə demək olduğunu mütəmadi olaraq izah etməyi tapşırıb. Bildirilir ki, müzakirə spikerin fəaliyyətinin tənqidi deyil, tarixi məqamın əhəmiyyətindən gedib.

"Bundan az sonra Conson Ukraynaya yardım göstərməyin zəruriliyinə əmin oldu", deyə WP yazır.

Samir

0