Berbok: "HƏMAS özünü qəzzalıların əzablarını yüngülləşdirməyə borclu hesab etmir"

DÜNYA
21:36 / 30.04.2024
185

"HƏMAS Fələstin xalqı adından danışmır və özünü onların əzablarını yüngülləşdirməyə borclu hesab etmir".

HİT.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok "Deutschlandfunk"a açıqlamasında bildirib. 

"Son aylarda biz dönə-dönə gördük ki, HƏMAS bir terror təşkilatı olaraq açıq-aşkar bu dəhşətli müharibəni uzatmağa çalışır", deyə Berbok bildirib. 

O, həmçinin vurğulayıb ki, Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi yalnız HƏMAS-dan asılıdır.

HƏMAS hazırda atəşkəs və girovların azad edilməsi ilə bağlı İsrailin yeni təklifini nəzərdən keçirir. ABŞ təşkilatın rəhbərliyini bu təkliflə razılaşmağa çağırıb.

Samir

0