Anjey Duda: \"Prioritetimiz bu ölkələrin tezliklə Aİ-yə üzvlüyü olacaq\"

15:02 / 02.05.2024
151

Polşa prezidenti Anjey Duda bildirib ki, 2025-ci ilin birinci yarısında Varşavanın Avropa İttifaqına (Aİ) sədrliyi dövründə Ukraynanın Avropaya inteqrasiyası məsələsi prioritet məsələyə çevriləcək. 

HİT.az bu barədə "RMF 24"ə istinadən xəbər verir.

Duda Ukrayna, Moldova və Qərbi Balkanların Avropaya inteqrasiyasına dəstək verilməsinin vacibliyini vurğulayıb.

"Gələn il sədrliyimiz zamanı prioritetimiz bu ölkələri mümkün qədər tez bir zamanda Aİ-nin tamhüquqlu üzvü etmək olacaq", deyə Duda bildirib.

Dövlət başçısı həmçinin bildirib ki, Polşa Ukraynanın bərpasına sadiqlik nümayiş etdirməlidir.

"Biz kömək etmək istəyirik. Bütün icmamız Ukraynanın yenidən qurulması prosesində iştirak etməlidir ki, o yenidən sürətlə inkişaf edən dövlətə, öz vətəndaşlarının firavan həyatını təmin edən səmərəli dövlətə çevrilsin", deyə Duda bilirib.

Samir

0