Rusiya Federasiyasının Omsk neft emalı zavodunda (NEZ) avqustun 26-da baş vermiş partlayış nəticəsində zavodun iki ən böyük ilkin emal qurğularından biri olan CDU-11 zədələnib.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" iki mənbəyə istinadən yazıb.
Həmçinin qeyd edilir ki, daha bir ilkin emal qurğusu olan CDU-10 avqustun əvvəlində baş vermiş yanğın səbəbindən artıq işlək vəziyyətdə olub. CDU-10 və CDU-11 qurğularının istehsal gücü ildə təxminən 8,6 milyon ton neft təşkil edir.
Agentlik bildirib ki, yanğının səbəbi dərhal aydınlaşdırılmayıb. Rusiyanın bir neçə neft emalı zavodu Ukrayna pilotsuz təyyarələrinin hücumlarının hədəfinə çevrilib.
Qeyd edək ki, Omsk Neft Emalı Zavodu “Qazprom Neft”ə məxsusdur. Bu, Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Ümumilikdə zavodda 50-yə yaxın növdə neft məhsulları istehsal olunur. 2022-ci ildə Omsk Neft Emalı Zavodu 21 milyon metrik tondan çox xam neft emal edib.
Rvqustun 26-da Rusiya Federasiyasının Omsk neft emalı zavodunda partlayışın baş verdiyi məlum olub. İlkin məlumata görə, AVT-11 qurğusunun partlaması nəticəsində yanğın baş verib. Sakinlərin dediyinə görə, yanğından əvvəl güclü səs eşidilib, evlər və pəncərələr silkələnib.
2024-cü il avqustun əvvəlində Omsk Neft Emalı Zavodunun ərazisində də yanğın baş verib. Neft emalı üçün nəzərdə tutulan qurğu yanıb.
Samir