Yanğınsöndürmə idarəsinə 670 zəng edən qadın həbs edildi

DÜNYA
23:33 / 10.01.2025
45

Yaponiyada yanğınsöndürənlərə gündəlik telefon zəngləri edərək onların işinə müdaxilə edən qız həbs edilib. 

HİT.az xəbər verir ki, bu barədə “Mainichi Shimbun” qəzeti yazır.

Xəbər verilir ki, 21 yaşlı Tokio sakini hər gün Yaponiya paytaxtının Hino ətrafındakı yanğınsöndürmə məntəqəsinə zəng edib. Zənglər 2024-cü il sentyabrın 7-dən noyabrın 18-dək davam edib. O, 670 dəfə şöbə ilə əlaqə saxlamağa çalışıb, gün ərzində 50-yə yaxın zəng edib - səhərdən gecəyə qədər.

Yanvarın 7-də qız yanğınsöndürmə məntəqəsinin işinə müdaxilə etdiyi üçün həbs edilib. Polis bildirib ki, yapon qadın yanğınsöndürənləri səs-küy saldıqları üçün hədələyib və hətta bir daha gəlsələr, onu öldürməklə hədələyib. Dindirilmə zamanı qız günahını etiraf edib.

"Yanğınsöndürən maşını evimin yanından keçəndə yüksək siren səsindən əsəbiləşdim", deyə şübhəli bildirib.

Onun başqasının fəaliyyətinə zorla mane olma maddəsi ilə hansı cəzaya məruz qalacağı açıqlanmır.

Samir
 

0