"Pepsi" şirkəti iddia qaldırdı

İQTİSADİYYAT
20:16 / 30.05.2023
481

“Pepsi Bottlers Azerbaijan”, yaxud hüquqi adı ilə “Mars Overseas Baku Ltd” Məhdud Məsuliyyətli Müəssisəsi "Ukrayna Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib. 

HİT.az-ın məlumatına görə, "Ukrayna Məhsulları" MMC-nin qanuni təmsilçisi Ülkər Qafarova alqı-satqı müqaviləsi üzrə mübahisələrə görə sözügedən şirkət tərəfindən məhkəməyə müraciət edilib.

İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyev tərəfindən baxılacaq.
Qeyd edək ki, Fuad Babayev Elçin oğlu “Pepsi Bottlers Azerbaijan”nın baş icraçı direktorudur.

Aydın

0