“Naxtel”in rəhbərliyi dəyişdirildi

17:30 / 07.06.2023
251

Naxçıvan MR-nın mobil operatoru olan “Naxtel” MMC-nin direktoru dəyişdirilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik edən Kamil Yusifov vəzifəsindən azad edilib, onun yerinə Rəşad Namazov təyin olunub.

Yeni direktor bundan əvvəl, ötən ay "Naxtel"ə birləşdirilmiş "Araztech" MMC-yə rəhbərlik edib.

Xatırladaq ki, "Naxtel" 2015-ci ildə yaradılıb, Azərbaycanın sayca 4-cü, ölkənin yeganə regional mobil operatorudur. Hazırda onun nizamnamə kapitalı 1 010 manatdır.

0