Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

İQTİSADİYYAT
12:32 / 18.05.2024
327

Bank sektorunun əlavə 5,3 mlrd. manat kredit vermək potensialı var.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. 

O bildirib ki, Mərkəzi Bankın sistem əhəmiyyətli banklar üzrə kapital adekvatlığı tələbi 12%, likvidliklə bağlı tələbi isə 30%-dir. Hazırda rəqəmlər müvafiq olaraq 17,5% və 53%-dir. Yəni, likvidlik səviyyəsi 30%-ə endirilsə və bizim digər tələblərimizə riayət etməklə bank sektoru əlavə 5,3 mlrd. manat həcmində kredit verə bilər. Hesablama bu şəkildə aparılıb.

AMB sədri ümumilikdə bank sektorunun 25 mlrd. manat səviyyəsinə böyümə potensialının olduğunu deyib: "Bankların kapital mövqeyi və borclanma səviyyəsi Mərkəzi Bankın tələbləri nəzərə alınmaqla bank sektorunun böyümə potensialının 25 mlrd. manat olduğunu deməyə əsas verir. Bu potensialın reallaşdırılması üçün bir neçə struktur səbəblər olmalıdır. Bu, təkcə bankdan deyil, iqtisadiyyatdan da aslıdır. Yəni riyazi olaraq göstəririk ki, bank sektorunun əlavə 25 mlrd. manat aktivləri olsa, bu, bizim tələblərimizə uyğundur. Amma bu potensialın hansı müddətə reallaşdırılmasını demək mümkün deyil".//APA

0