“Bəzi binalarda parklanma yerləri demək olar ki, yoxdur”.
Bu sözləri Hit.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib.
O bildirib ki, park yeri olan binaları tikən şirkətlər bu yerləri vətəndaşlara satır və ya icarəyə verir. Onların qiymətləri isə çox baha olur:
"Binalarda parklanma yerlərinin olmaması və ya baha qiymətə təklif edilməsi səbəbindən sakinlər avtomobillərini yol kənarlarında saxlamağa məcbur olur ki, bu da şəhərdə tıxacları artırır. Binalarda qanunla ümumi istifadəyə aid olan sahələr var. Binanın həyətyanı sahəsi, binanın zirzəmisində kommunikasiya xətlərinin keçdiyi ərazilər ümumi istifadədə olan sahələrdir və şirkət bu yerləri sata bilməz. Amma MTK həmin ərazini qaraj edir və kommunikasiya xətləri o qarajın içindən keçir. Şirkətlər həmin yer üçün çıxarış da alırlar”.
Sevinc