Bakı-Sumqayıt yolunda yanğın söndürüldü - YENİLƏNİB

HADİSƏ
15:18 / 10.09.2024
306

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən Hİt.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

14:50

Bakı-Sumqayıt magistralında yolkənarı sahədə yanğın başlayıb.

HİT.az "Report"a istinadən xəbər verir ki, hadisə yolun Ceyranbatan su anbarının yaxınlığından keçən hissəsində, açıq ərazidə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

0