Paşinyan Ermənistanı müharibəyə aparır? - ŞƏRH

HƏRBİ
12:04 / 08.10.2024
114

Ermənistan hakimiyyəti son addımları və bəyanatları ilə sülhdə maraqlı olmadığını açıq şəkildə nümayiş etdirib etdirir. 

Belə ki, rəsmi İrəvan tərəfindən son günlərdə sülh əleyhində açıqlamaların şahidi oluruq. Eyni zamanda, Ermənistanın mütəmadi şəkildə silahlanması və hərbi təlimlər keçirməsi də diqqətlərdən yayınmır. Reallıq budur ki, İrəvan hakimiyyətinin bütün həmlələri sülh müqaviləsi imzalamağa yox, vəziyyəti gərginləşdirməyə yönəlib. 

Politoloq Turab Rzayev Hit.az-a açıqlamasında bildirib ki, Ermənistan sürətli şəkildə silahlanır:

359704

"Həmçinin, Ermənistan ordusu ABŞ və Fransa ilə hərbi təlimlər keçirir. Üstəlik, Ermənistanda hərbi səfərbərliyin də elan olunacağı iddia olunur. Aydın məsələdir ki, İrəvan hakimiyyəti sülhə yox, növbəti müharibəyə hazırlaşır. Onların atdığı son addımlar bunu deməyə əsas verir. 

Bütün bunlar həm də haqlı sual doğurur: Əgər Ermənistan həqiqətən sülh istəyirsə, nə üçün bu qədər silahlanır? Həmçinin, niyə belə sıx təlimlər keçirir və hərbi səfərlik qərarı verməyə hazırlaşır? Əlbəttə ki, bütün bunlar sülhə fayda verməyəcək əməllərdir".

Ekspert qeyd edib ki, Ermənistanın addımları Cənubi Qafqazda atəşkəsin və sabitliyin pozulmasına, sülh danışıqlarının dayanmasına səbəb ola bilər:

"Rəsmi İrəvan iki ölkə arasındakı münaqişənin yenidən qızışmasına cəhd edir. Lakin Ermənistan rəhbərliyinin ölkələrinin Vətən müharibəsindəki və 1 günlük antiterror əməliyyatındakı sarsıdıcı məğlubiyyətlərini düşünərək daha ehtiyatlı davranması onların özü üçün faydalı olar".

Pərviz

0