"Beşiktaş"ın ulduzu komandadan ayrılır?

İDMAN
16:32 / 28.08.2023
585

Türkiyənin Super Liqa təmsilçisi "Beşiktaş"da daha bir ayrılıq yaşana bilər.

HİT.az xəbər verir ki, "ağ-qaralar"ın futbolçu Cekson Mulekaya transfer təklifi gəlib.

Belə ki, Yunanıstanın "PAOK" klubu hücumçunu heyətinə qatmaq istəyir. Onlar, İstanbul klubuna Mulekanı icarəyə götürmək üçün 2,5 milyon avro təklif etməyə hazırlaşırlar. 

Ancaq türk mediasında yer alan xəbərlərə əsasən, "Beşiktaş" bu təklifi rədd edəcək. Komandanın baş məşqçisi Şenol Günəş hücumçunun satışına qarşı çıxıb. Həmçinin, "Qara qartallar"ın Cekson Mulekanı transfer etdiyi 3,3 milyon avrodan aşağı qiymətə satmağı düşünmədiyi də söylənilir.

Pərviz

0