Kənan İmirzalıoğludan həyat yoldaşı ilə bağlı maraqlı açıqlama: "İlk görüşdə..."

MAQAZİN
15:32 / 24.05.2023
415

Türkiyəli məşhur aktyor Kənan İmirzalıoğlu yeni açıqlaması ilə diqqət mərkəzinə düşüb.

HİT.az xəbər verir ki, o, həyat yoldaşı Sinem Kobaldan söz açıb.

Aktyor həyat yoldaşına ilk görüşdə aşiq olmadığını etiraf edib:

"Həyatın nə gətirəcəyi bəlli olmur. Mən Sinemi əvvəldən tanıyırdım. Amma ona ilk görüşdə aşiq olmadım. Dördüncü görüşümzdə Sinemə aşiq oldum. Həmin an "mənə nə olur, burada başqa bir şey var" deyə düşündüm. Eşq çoxaldan, təəccübləndirən, daha çox emosionallaşdıran və bizi daha güclü edən bir hissdir. Əgər inandığın bir eşqin varsa, qarşında heç nə dayana bilməz".

Qeyd edək ki, Kənan İmirzalıoğlunun bu açıqlaması cütlüyün fanatları tərəfindən maraqla qarşılanıb və xeyli müzakirə olunub.

Pərviz

0