"Qışın oğlan çağı" adlanan Kiçik Çillə nədir?

MARAQLI
17:22 / 03.02.2025
64

Bu gündən Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik Çillə başlayır.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük Çillə 40 gün, Kiçik Çillə 20 gün çəkir. 

Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. 

Hit.az xəbər verir ki, Böyük Çillədən fərqli olaraq, Kişik Çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. 
Eyni zamanda qar yağır. 

Azərbaycanın bəzi bölgələrində Böyük Çillədən Kiçik Çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur.

Kiçik Çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir.

 "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir.

Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir.

Kiçik Çillə xalq arasında Böyük Çillədən fərqli olaraq, çətin dönəm kimi anlaşılır. 

Qışın "böyük və kiçik çillələr"ə bölünməsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. 

Başqa xalqlarda qış bu formada mərhələlərə ayrılmır. 

"Kiçik və ya "Bala Çillə"adından da məlum olduğu kimi, digərinə nisbətən daha az davam edir. Onun ömrü 20 gündür.

Onu da qeyd edək ki, çillələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. "Kiçik Çillənin" xarakterik cəhəti, onun "Böyük Çillə"yə nisbətən daha soyuq keçməsidir.

Sevinc

0