Yoluxma statistikası açıqlandı

ÖLKƏ
16:44 / 26.11.2022
336

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 25 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 193 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 942 nəfər müalicə olunaraq sağalıb, hazırda 275 aktiv xəstə var. Bu günə qədər 9 976 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 015, bu günə qədər isə ümumilikdə 7 369 434 test icra olunub.

Gün ərzində 440 nəfər vaksinasiya olunub. Gün ərzində birinci doza vaksinlərin sayı 112, ikinci doza vaksinlərin sayı 129 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 165-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 36 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 921 061 olub.

0