İranda atışma - 4 hərbçi həlak oldu

DÜNYA
18:15 / 24.07.2021
1905

İran İslam İnqilab Keşikçilər Korpusu (SEPAH) Qüds Briqadasının 4 üzvü sərhəd pozucuları ilə atışmada həyatını itirib.

HİT.az xəbər verir ki, hadisə ötən gecə ölkənin şərqində Sistan və Bəluçistan əyalətinin Xaş şəhərinin Gunik bölgəsindəki sərhəddə baş verib.

Sərhədi keçmək istəyən silahlı dəstə ilə SEPAH qüvvələri arasında baş verən atışmada SEPAH-ın üzvü həyatını itirib.

Baş vermiş insident ilə bağlı əlavə məlumat verilməyib.

 

0