Nəzakət Teymurova yenidən "Leyli" olacaq

MƏDƏNİYYƏT
17:41 / 13.12.2023
480

“Mən Opera və Balet Teatrına “Leyli” rolu ilə gəlmişəm”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib. Xanəndə 5 ildən yuxarıdır ki, “Leyli” rolunu oynamadığını qeyd edib:

“Yanvarın 12-də “Leyli və Məcnun” tamaşasının tamaşaya qoyulduğu güdür. Hər il bu günü həmin tamaşa oynanılır. Mən də uzun zamandır ki, bu rolu oynamırdım, sevimli “Leyli”imdən uzaq idim. İndi yenidən tamaşaçılarımı gözləyirəm”.

Azra 

 

0