İnsanlıq var olduğu ilk dövrlərdən etibarən hekayə anlatmaq və dinləmək meyli olan bir təbiətə sahibdir. Müasir psixoloji araşdırmalar göstərir ki, kurgusal (bədii) anlatılar insanların digər fərdlərlə bağ qurma, özünə inam qazanma və özünü güvəndə hiss etmə kimi əsas ehtiyaclarını birbaşa qarşılayır. Ekran qarşısında və ya bir kitabın səhifələrində qarşılaşdığımız personajlar, fərqində olmadan emosional boşluqlarımızı doldurmağa başlayır.
HİT.az xəbər verir ki, Corciya Universitetində Dr. Coshua Bolduinin rəhbərliyi ilə aparılan yeni elmi araşdırma bu zehni mexanizmin necə işlədiyinə dair mühüm nəticələr ortaya qoyur. Araşdırma nəticələrinə görə, qalın kitabları fasiləsiz oxumaq və ya serial bölümlərini ard-arda izləmək, əksinə düşünülənin fərqli olaraq məlumatların yadda saxlanmasını daha da asanlaşdırır.
Elmi ədəbiyyatda “geriyə dönük xəyal gücü iştirakı” (RII) adlandırılan bu proses, hekayə bitdikdən sonra belə beynin həmin dünyada “yaşamağa” davam etməsinə imkan verir. Səhnələrin zehində yenidən canlandırılması, personajlarla emosional bağın davam etməsi və alternativ sonluqların qurulması bu mexanizmin hissələridir. Yeni testlər göstərir ki, bölümləri uzun müddətə yayaraq izləməkdənsə, marafon şəklində izləyən insanlar bu zehni prosesi daha dərin şəkildə yaşayırlar. Gündəlik həyatın stressindən və çətinliklərindən qaçmaq üçün bədii dünyalara sığınan insanlar hekayələri zehinlərində daha çox böyütməyə meylli olurlar. Boş vaxtın çoxluğu bu xəyal gücü sahəsini gücləndirir, yüksək stress isə əksinə onu zəiflədə bilir.
Mürəkkəb süjetlərin anlaşılması
Bölümləri ardıcıl izləmək, xüsusilə çoxsaylı personajların olduğu mürəkkəb ekran işlərində ümumi mənzərəni anlamağı asanlaşdırır. Beyin yeni məlumatları təşkil etmək və hadisələr arasındakı səbəb-nəticə əlaqələrini izləmək üçün daxili xəritələr, yəni “zehni modellər” qurur. Bu modellər sayəsində hadisələrin xronoloji ardıcıllığı və personajların gizli motivləri daha aydın dərk edilir.
Dr. Bolduin bildirir ki, ekran qarşısında uzun saatlar keçirən insanlar passiv izləyici deyil. Onlar ekran söndükdən sonra belə izlədikləri hekayə üzərində düşünməyə davam edirlər.
Tədqiqatda iştirak edən izləyicilər qeyd ediblər ki, onları daha çox təsirləndirən və mənalı görünən əsərlər xəyal gücünü daha güclü şəkildə aktivləşdirir. Məlumatlara görə seriallar bəzən kitablarla müqayisədə daha asan yadda qalır, lakin güclü oxucuların da oxşar zehni təcrübələr yaşadığı vurğulanır. Bir romanı fasiləsiz oxuyub bitirən oxucu həmin əsəri daha aydın xatırlayır və bitdikdən sonra da onu zehində yaşatmağı davam etdirir.
Uydurma personajlarla qurulan platonik dostluqların gücü
Bu proses izləyicilərin real həyatda mövcud olmayan personajlarla qurduğu tək tərəfli emosional bağları da gücləndirir. Personajlar real olmasa belə, uzun müddət ekran qarşısında qalmaq insanda həqiqi dostluq, güvən və emosional rahatlıq hissi yarada bilir. Nəticədə, marafon izləmə vərdişi zehində güclü modellərin formalaşmasına kömək edir və gündəlik stresslə mübarizədə təhlükəsiz bir “zehni sığınacaq” rolunu oynayır.
Bununla belə, alimlər vurğulayır ki, bu nəticələr ekran qarşısında keçirilən hər vaxtın mütləq faydalı olduğu anlamına gəlmir. Dr. Bolduin media təsirlərinin həmişə müxtəlif amillərdən asılı olduğunu və “boz zona”ların mövcudluğunu qeyd edir. Son nəticədə təsir, izlənilən məzmunun keyfiyyətindən, insanın psixoloji vəziyyətindən və fərdi seçimlərdən asılı olaraq dəyişir.
Samir


