Şuşa Dövlət Musiqili Dram Teatrı qastrol səfərinə hazırlaşır.
Teatrdan Hit.az-a verilən məlumata görə, kollektiv Şamaxı rayonunda İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri əsasında hazırlanan "Boy Çiçəyi" tamaşası ilə çıxış edəcək.
Səfər Mədəniyyət Nazirliyinin mərhum prezident Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının isə yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər planı çərçivəsində təşkil olunub.
Tamaşanının quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
Rolları Əməkdar artistlər Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Zəhra Salayeva və Püstəxanım Zeynalova ifa ediblər.
Tamaşa açıq qapıdır, arzu edənlər iştirak edə bilər.
Azra