Almaniyalı jurnalist ermənilərlə azərbaycanlıların fərqindən yazdı - FOTO

11:06 / 13.10.2020
1326

“Tanımadığım azərbaycanlılar instaqramda mənim köhnə pitsamı bəyəndiyi halda, yad ermənilər nifrət dolu rəylər göndərirlər. İnternet təəccübləndirir”.

Bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke tvitterdəki hesabında yazıb.

Qeyd edək ki, Y.Röpke münaqişələr üzrə ekspertdir. O, yazılarında erməni silahlılarının Gəncəyə hücumunu qınayıb, Ermənistanın dinc əhaliyə qarşı təcavüzü barədə məlumat verib, Ermənistan ordusunun Azərbaycan PUA-ları qarşısında acizliyindən bəhs edib. O həmçinin Ermənistan Müdafiə Nazirliyinin yalanlarını da ifşa edib.

0
Virtualaz.org