Rusiya Paşinyanı inandırmalıdır ki, Azərbaycan daha güclüdür - Remçukov

11:37 / 13.10.2020
1690

Rusiyanın "Nezavisimaya qazeta" nəşrinin baş redaktoru Konstantin Remçukov bildirib ki, ATƏT – in Minsk Qrupunun həmsədrləri Fransa, ABŞ və Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanı inandırmalıdırlar ki, Azərbaycan Dağlıq Qarabağ problemini öz xeyrinə həll edib.

Virtualaz.org bildirir ki, K.Remçukov bunu "Exo Moskvı" radiosunda "Şəxsən Sizin" proqramının efirində deyib.

Baş redaktor bildirib: "Ötən həftə bizim fikrimizin doğruluğunu göstərdi: son bir neçə on il ərzində bu münaqişədə yeni olan odur ki, Azərbaycan bu problemi həll etməyə köklənib. Yəni, artıq 30 ilə yaxındır ki, bütün danışıqları aparanların, o cümlədən Minsk Qrupunun rəhbər tutduğu status-kvo anlayışı yoxdur. İlham Əliyevin dediyi kimi, "artıq heç bir status-kvo yoxdur". Ona görə də Azərbaycan bu münaqişəyə özününkü hesab etdiyi həmin əraziləri qaytarmaq üçün girib. Və o bu problemi hərbi yolla həll edir. Ona görə də danışıqlar prosesi Ermənistanın onu tanıyıb-tanımamasına əsaslanaraq davam edə bilər".

“Nezavisimaya”nın baş redaktorunun sözlərinə görə, indi Rusiya və Sergey Lavrovun qarşısında çox çətin bir vəzifə durur: "Əlbəttə ki, bizimkilər çətin vəziyyətdədirlər. Çünki ermənilər deyirlər və Paşinyan bütün dünyaya millətin öz müqəddəratını təyin etməsi üçün müqəddəs hüquqdan danışır, azərbaycanlılar isə BMT Nizamnaməsində ərazi bütövlüyü haqqında yazılmış müqəddəs hüquqdan bəhs edirlər. Bu, bizim Krımda, Kosovoda istifadə etdiyimiz tamamilə eyni arqumentlərdir.

Əgər biz Krımın paradiqmasında hərəkət ediriksə, burada nə var: xalqların öz müqəddəratını təyin etmək hüququ, yoxsa ərazi bütövlüyü? Bu yerdə kimin ərazi bütövlüyünə malik olduğu, Azərbaycanın daxilində olan bir milyon qaçqını nəzərə almaqla, kimin öz müqəddəratını təyin etməsi aydın deyil. Hazırda Qarabağda olan insanların iradəsini əsl özünüifadə kimi qəbul etmək olarmı?

Ona görə də mən deyirəm ki, burada bu mövzuda hətta danışmaq belə olmaz. Əliyev məsələni güc yolu ilə həll etdi. Zənnimcə, hazırda hamının - fransızların, amerikalıların, rusların vəzifəsi Paşinyanı inandırmaqdır ki, bu, belə olacaq. Ona görə də düşünürəm ki, bu həftə Azərbaycanın bu problemi öz xeyrinə həll etdiyini göstərdi.

Belə qızğın şəraitdə, əlbəttə ki, indi vasitəçi rolunu yerinə yetirən Rusiya - zavallı Lavrov- qarşısında bu isti qanı incitməmək üçün . çox çətin vəzifə durur... Qurbanlar da var. Bütün bu münaqişədə ən ağrılısı odur ki, insanlar həqiqətən həlak olurlar, bu ölümdür. Əlbəttə, qan heç vaxt danışıqları asanlaşdırmır.

Amma indiki halda mən belə başa düşdüm ki, Azərbaycan hərbi nöqteyi-nəzərdən daha yaxşı hazırlaşıb və güclüdür".

0