SİYASƏT
16:53 / 17.09.2023
229

Azərbaycanın növbəti qələbəsi: Qondarma rejim Bakının şərtlərini qəbul etdi

Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları ilə Laçın və Ağdam-Xankəndi yolu vasitəsilə eyni vaxtda ərzaq daşınması artıq reallıqdır.

"Report" xəbər verir ki, Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib.

Bu da onların Azərbaycanın şərtlərinə tabe olaraq nəhayət ki, bunu qəbul etdiyini göstərir.

Həm Laçın, həm də Ağdam-Xankəndi yolunun sentyabrın 1-dən eyni vaxtda açılması ilə bağlı razılaşma olsa da, separatçılar bunu məqsədəuyğun şəkildə iki həftədən çox ləngidirdi.

Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə hazır olduğunu bəyan etsə də, qondarma rejim öz havadarlarına arxalanaraq prosesi uzadırdı. Lakin 16 gündən sonra separatçıların və onların havadarı qismində çıxış edən güclərin, siyasi dairələrin istəklərinin əleyhinə olaraq, Azərbaycanın prinsipial mövqeyi, milli marağı qəbul edildi. Qarabağdakı separatçılardan alət kimi istifadə edərək regionda öz maraqlarını təmin etməyə çalışan ABŞ kimi dövlətlər, Qərb siyasi dairələri görəsən indi heç xəcalət çəkirlərmi?

0