Rusiya XİN Ərdoğanın təklifinə münasibət bildirdi

SİYASƏT
16:05 / 19.09.2023
404

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qarabağ üzrə dördtərəfli görüşün keçirilməsi ilə bağlı Moskva hələ də Türkiyədən rəsmi müraciətlər almayıb. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Sentyabrın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Azərbaycan və Ermənistan liderlərinə Dağlıq Qarabağla bağlı dördtərəfli görüşün keçirilməsini təklif etdiyini bildirib.

Zaxarova aydınlaşdırıb ki, Xarici İşlər Nazirliyi mətbuat materialları əsasında Türkiyə prezidentinin təklifini dinləyib, lakin hələlik Ankaradan rəsmi müraciətlər almayıb.

Diplomat həmçinin vurğulayıb ki, Rusiya müxtəlif beynəlxalq məsələlər, o cümlədən Cənubi Qafqazdakı vəziyyətlə bağlı Türkiyə tərəfi ilə sıx dialoq aparır.

Samir

0