\"Azərbaycanın yanındayıq\" - İYİ Partiya

15:31 / 19.09.2023
470

"Azərbaycanın Qarabağda başlatdığı antiterror əməliyyatını diqqətlə izləyirik".

HİT.az xəbər verir ki, bunu Türkiyənin İYİ Partiyasının mətbuat katibi Kürşad Zorlu yazıb.

O, bu barədə "X" platformasında paylaşım edib:

"Bir müddətdir Ermənistanın tərəfinin təxribatları və Xankəndi üzərindən etdiyi təxribatlar ilə bölgədə yeni bir vəziyyət yaratmağa cəhd edilirdi. Son olaraq, bu gün Azərbaycan mövqeləri atəşə tutuldu. 

Bundan sonra Azərbaycan Qarabağın ərazi bütövlüyünü təmin etmək və 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişinin müddəalarını yerinə yetirmək üçün silahlı separatçılara qarşı antiterror əməliyyatına başladığını bəyan etdi".

Kürşad Zorlu bildirib ki, İYİ Partiya Azərbaycanın yanındadır:

"Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirilən bu haqlı əməliyyatın uğurla başa çatmasını arzulayırıq. İnanırıq ki, regionda sülhün və sabitliyin təmin olunması üçün Zəngəzur dəhlizi də daxil olmaqla bütün öhdəliklər yerinə yetirilməlidir. İYİ Partiya olaraq bu haqlı mübarizədə qardaş Azərbaycanın yanındayıq".

Pərviz

0