MSK növbədənkənar prezident seçkilərinin vaxtını təyin etdi

16:20 / 08.12.2023
290

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkilərini təyin edib.

HİT.az xəbər verir ki, bu barədə qərarı MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında bildirib.

Qərara əsasən, gələn il fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

0