Paşinyan: Bakı ilə sülh sazişində 13 maddə və ön söz razılaşdırılıb

SİYASƏT
10:52 / 10.09.2024
289

Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və preambula tam razılaşdırılıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan “İrəvan dialoqu” forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 16 maddədən üçü qismən razılaşdırılıb.

Baş nazir hesab edir ki, bu, təsdiqlənmiş sənədə malik olmağa və ona uyğun irəliləməyə imkan verəcək.

O qeyd edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.
 

0