İlk dəfə Azərbaycana gəlir

SİYASƏT
15:05 / 01.11.2024
241

İspaniya hökumətinin sədri Pedro Sançez COP29 konfransında iştirak etmək üçün Azərbaycana gələcək.

HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İspaniyanın yeni səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı İspaniya hökumətinin sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək qeyd edib ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəyə ilk səfər olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

0