Erkən evliliyə məcbur edilənlər həbs ediləcək - İşə yarayacaqmı?

20:20 / 11.06.2024
975

Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur edənlər həbs olunacaq. 

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Ekspert belə bir qanunun qəbul olunması təqdir edir. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, erkən nikaha təkcə qızlar deyil, oğlanlar da cəlb edilir:

"Əlbəttə, bu zaman yetkinlik yaşına çatmayan oğlan cinayət məsuliyyətinə cəlb olunmur, çünki onun özü erkən nikaha cəlb edilib. 18 yaşa çatmayan şəxslər valideyn himayəsindədir və onların nikaha cəlb edilməsi məhz valideynlərin iradəsi ilə həyata keçirilir. Çox az sayda olur ki, 16-17 yaşda yeniyetmələr bir-birini sevib, qoşulub qaçırlar. Beləliklə, əgər 16-17 yaşda oğlan evlənirsə, deməli valideynin iradəsi ilə evlənir, burada məcburi nikaha cəlb etdiyi üçü valideynə cəza verilməlidir. Bu səbəbdən də erkən evliliyə görə cəzaların sərtləşdirilməsinin tərəfdarıyam. Erkən nikahla bağlı qaydaların sərtləşdirilməsi çoxdan lazım idi. Hesab edirəm ki, bu qanun sayəsində erkən nikahların qarşı alınacaq".

Sevinc

0