Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Qızın icazəsi olmadan onu qaçıran şəxsə nə qədər cəza verilir?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, qız qaçırtma cinayət əməli sayılır:
“Belə ki, qızın iradəsi ziddinə onu qaçırtmaq adam oğurluğu hesab olunur. Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, ağırlaşdırıcı tərkib əlamətləri olmadan adam oğurluğu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmin maddənin qeydinə əsasən isə cinayət törətmiş şəxs oğurladığı adamı könüllü surətdə azad edərsə, məsuliyyətdən tərkibi daşımır”.
Murad