Təhlükəsizlik kameralarını uzun müddət cərəyandan ayırmamaq risklidir?

TEXNO
12:46 / 23.11.2024
70

Günümüzdə təhlükəsizlik kameralarına hər yerdə rast gəlmək olur.

Artıq bütün iş yerlərin və iaşə müəssisələri təhlükəsizlik kameralarının nəzarəti altındadır. Bundan başqa, yüksək mərtəbəli binalar və həyət evlərinin təhlükəsizliyi də bu kameralar vasitəsilə təmin olunur. 

Yəni istənilən şəxs rahatlıqla kamera alaraq evinə və ya həyətinə taxa bilər. Çünki təhlükəsizlik kameraları müasir dövrün ən çox istifadə olunan cihazlarından birinə çevrilib. Lakin əksər hallarda bu kameralar çox uzun müddət fasiləsiz olaraq işləyir. Həftələrlə və ya aylarla cərəyandan ayrılmadan istismar olunan kameralar var. 

Bəs təhlükəsizliyimiz üçün onları nə qədər fasiləsiz cərəyanda saxlamaq olar? Kameraların mütəmadi olaraq işləmələrinin hansı fəsadları var?

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlama verib. O bildirib ki, təhlükəsizlik kameraların mütəmadi şəkildə işlək vəziyyətdə qalmasının hər hansısa bir zərəri yoxdur:

362991

"Bu, təhlükəli deyil. Lakin əlbəttə ki, onlara da nəzarət olunmalıdır. Xüsusən də kameraların serverlərinə nəzarət etmək lazımdır. 

Böyük iş yerləri binalarındakı server otaqlarında isə avtomatik yanğınsöndürmə qurğularından istifadə olunmalıdır. Hansısa serverdə qızma və ya alışma olarsa, insan müdaxiləsi olmadan yanğınsöndürmə topu partlayır. Beləliklə, onun içindəki toz tərkibli maddə və ya sıxılmış buxar yanğını söndürür. Bundan başqa, otağın havalandırmasına və temperaturuna da diqqət olunmalıdır".

Pərviz

0