Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" satışlarla bağlı yeni addım atıb.
Hit.az xəbər verir ki, şirkət Çin bazarındakı satışlarını yüksəltmək üçün yeni modellər istehsal edəcək.
Belə ki, 2026-cı ildə "Volkswagen" 2026-cı ildə Çində 3 yeni model satışa çıxaracaq. İlkin olaraq modellərə A, B, C kod adları verilib. Alman nəhəngi bu addımı ilə Çindəki bazar payını böyütməyi hədəfləyir. "Volkswagen" sözügedən ölkədə xüsusən "BYD" ilə rəqabət edə bilmək üçün bu həmləni edib. Hər üç modelin də elektrikli olması gözlənilir.
Qeyd edək ki, "Volkswagen" avtomobilləri 40 illik ortağı "SAIC" ilə birgə istehsal edəcək. Lakin modellər alman şirkətinin loqosunu daşıyacaq.
Pərviz