"Toyota" beşinci dəfə dünyanın avtomobil satış lideri oldu

AVTO
11:20 / 30.01.2025
82

Yaponiyanın "Toyota Motor" şirkəti avtomobil satışına görə beşinci ildir ki, dünyada birinci yeri tutur...

HİT.az xəbər verir ki, TASS bu barədə brendin məlumatlarına istinadən yazıb.

"Toyota Motor"un satış həcminin 2024-cü ildə 3,7% azalmasına baxmayaraq, şirkət dünya üzrə 10,8 milyon avtomobil satıb. Bu, ona beşinci ildir ki, dünyada birinci yeri tutmağa imkan verib", deyə agentliyin açıqlamasında bildirilir.

Bundan əvvəl Çin Mərkəzi Televiziyası yerli bazarda 2024-cü ilin ən yaxşı avtomobillərini seçmək üçün Avtomobil Festivalı keçirib. Beləliklə, 2024-cü ilin avtomobili titulunu "Exlantix ET krossoveri" alıb. "Toyota Land Cruiser Prado" 2024-cü ilin ən yaxşı yolsuzluq avtomobili seçilib. İlin mikroavtobusu titulunu "Roewe iMax 8 DMH" alıb. 2024-cü ilin krossoveri iki modelə - "Hyundai Santa Fe" və "Wey 07"yə verilib. İlin Sedanı kateqoriyasında qaliblər "Toyota Camry" və "Volkswagen Passat Pro" olub.

Samir

0