Moldova niyə kasıb ölkədir? - Prezident səbəb açıqladı

DÜNYA
20:59 / 07.05.2024
196

Moldova prezidenti Maya Sandu ölkənin hələ də kasıb olmasında korrupsiyanı günahlandırıb. 

HİT.az xəbər verir ki, Moldova prezidenti Maya Sandu bunu bloger Yuri Duduya müsahibəsində bildirib.

"Müxtəlif izahatlar var. Korrupsiya bu izahatlardan biridir", deyə prezident qeyd edib.

Onun sözlərinə görə, korrupsiya demokratiya üçün böyük problemdir və ölkədə guya müxalifətdəki siyasi qüvvələrin - Moldova Qələbə blokunun hərəkətləri səbəbindən təhlükə altındadır.

Maya Sandu ölkədə korrupsiya probleminin həllinin zəruriliyini etiraf edib, lakin Nazirlər Kabinetinin bu sahədə konkret olaraq necə hərəkət etməyi planlaşdırdığına aydınlıq gətirməyib.

Maya Sandu həhçinin bildirib ki, Moldovada senzura yoxdur, çünki ölkədə bağlanan media və televiziya kanalları kütləvi dezinformasiya mediasıdır. 

Yuri Dudu prezidentin diqqətini son iki ildə ölkədə onlarla media orqanının və televiziya kanalının bağlanmasına yönəldib. Üstəlik, Dudunun sözlərinə görə, bir çox media orqanı müvafiq məhkəmə qərarı olmadan bağlanıb.

"Bu senzura deyil, bu media deyil, bu dezinformasiya mediasıdır. Nə deyirsiniz, reytinqlər, reytinqlər... Hesab edirəm ki, bu, obyektiv qiymətləndirmədir, çünki azad mətbuata şərait yaratmaq üçün tədbirlərimizə baxan o adamlar burada baş verənləri düzgün qiymətləndiriblər", deyə Sandu cavab verib.

Dövlət başçısı qeyd edib ki, Moldova son vaxtlar Qərbin media azadlığı reytinqində xeyli yüksəlib.

Samir

0