Belçika Ukraynaya qoşun göndərir? - Müdafiə naziri

19:45 / 23.05.2024
177

"Belçikada hərbçilərin Ukrayna ərazisinə göndərilməsi məsələsi gündəmdə deyil". 

HİT.az "Belga" agentliyinə istinadən xəbər verir ki, bu barədə Belçika Müdafiə Nazirliyinin rəhbəri Ludivine Dedonder bildirib.

Ludivine Dedonder Fransa prezidenti Emmanuel Makronun müvafiq bəyanatlarını şərh edərkən deyib: "Bu, gündəmdə deyil".

Eyni zamanda müdafiə idarəsinin rəisi Belçika hərbçilərinin 2,5 min Ukrayna əsgərinə təlim keçdiyini açıqlayıb. Onun sözlərinə görə, Belçika ilin sonuna qədər F-16 qırıcılarını Ukraynaya təhvil verməyi gözləyir.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun İntibah Partiyasından olan deputat Benjamin Haddad bildirib ki, NATO əsgərlərinin Ukrayna ərazisinə göndərilməsi ideyası müqavimətlə qarşılanıb.

Mart ayında Makron Ukraynaya qoşun yeridilməsinin mümkünlüyünü istisna etmədiyini bildirərək, cəbhənin Kiyevə doğru irəliləməsi və ya Rusiya Silahlı Qüvvələrinin cənubda sürətlə irəliləyərək Odessanı nəzarətə götürməsi halında belə bir ssenarinin mümkün ola biləcəyini demişdi. Mayın əvvəlində o, yenidən oxşar bəyanatla çıxış edib - onun sözlərinə görə, münaqişədə hərbi iştirak ideyası artıq bir çox ölkələr tərəfindən dəstəklənib.

Samir

0