Bakıda mənzildən 5 min manatlıq oğurluq edən qadın tutuldu

12:27 / 21.04.2023
800

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən HİT.az-a verilən xəbərə görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb.

Araşdırma aparılır.

0