Azərbaycanla Türkiyə arasında TARİXİ RAZILAŞMA

HƏRBİ
16:32 / 06.05.2026
48

Azərbaycan müdafiə sənayesi sahəsində növbəti strateji addımını ataraq pilotsuz uçuş aparatlarının (PUA) yerli istehsalını genişləndirir. Müasir döyüş meydanlarında həlledici rol oynayan texnologiyaların mənimsənilməsi istiqamətində qardaş Türkiyə ilə hərbi-texniki əməkdaşlıq yeni müstəviyə keçir. Bu çərçivədə yeni nəsil dronların Azərbaycanda birgə istehsalı ordumuzun texnoloji üstünlüyünü daha da möhkəmləndirəcək.

Hit.az xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli ölkəmizin bu sahədəki potensialını və gələcək planlarını şərh edib.

Hərbi ekspert bildirib ki, Azərbaycan PUA sahəsində təcrübəsiz bir ölkə deyil və bu istiqamətdə illərdir sistemli iş aparılır:

“Azərbaycan pilotsuz uçuş aparatlarının yaradılması məsələsində diletant, yəni təcrübəsiz və yaxud da yeni başlayan bir ölkə deyil. Ölkəmiz artıq 2007-2008-ci illərdən başlayaraq bu istiqamətdə çox ciddi layihələr həyata keçirib".

 

Ramil Məmmədli vurğulayıb ki, hazırda ölkədə həm dövlət, həm də özəl sektor bu sahədə fəal çalışır. O, xüsusilə Türkiyə ilə birgə həyata keçirilən yeni layihənin əhəmiyyətinə diqqət çəkib:

“Türkiyəli mühəndislər tərəfindən yeni yaradılan “SİVRİSİNEK” pilotsuz uçuş aparatının Azərbaycana inteqrasiya edilməsi və burada birgə istehsalın həyata keçirilməsi çox uğurlu bir addımdır. Bu gün dronlar artıq strateji silahlar sinfinə daxil olmağa başlayıb".

0