Hollivud aktrisası Keyt Hudson nişanlısı Denni Fujikava ilə niyə evlənmək istəmədiyini açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Keyt Hudson həmkarı Dryu Berrimorun verilişinin yeni bölümündə qonaq olub. Söhbət əsnasında aktrisa etiraf edib ki, 5 il əvvəl ona evlilik təklifi edilməsinə baxmayaraq, nikah bağlamağa tələsmir.
"Müqavilə öhdəlikləri mənim üçün çətin mövzudur. Mən azadlığımı sevirəm. Azadlıq anlayışını, eləcə də ömürlük nişanlı olmaq fikrini bəyənirəm", deyə məşhur bildirib.
Keyt Hudson qeyd edib ki, anası Qoldi Havn heç vaxt Kurt Rassellə evlənməyib, baxmayaraq ki, onların münasibətləri 42 ilə yaxındır.
"Onlar heç vaxt müqavilə imzalamayıblar. Onlar mənim 7 yaşımdan nişanlanıblar", deyə aktrisa qeyd edib.
Məşhur həm də evlənmək istəmədiyini bildirib, çünki tədbirin təşkili çox pula başa gələcək.
Keyt Hudson iki dəfə evlənib. 2000-2007-ci illərdə o, rok musiqiçisi Kris Robinson ilə evli olub. 2004-cü ildə onların Rayder adlı bir oğlu var. Ulduzun ikinci əri Muse qrupunun solisti Metyu Bellami olub. 2011-ci ildə onların Bingem adlı bir oğlu var. 2021-ci ildə Keyt Hudson Danni Fujikava ilə nişanlandığını elan edib. Onların Rani adlı bir qızı var.
Samir