Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov vəzifəsindən azad edilib.
HİT.Az-ın əldə etdiyi məlumata görə, bu barədə sərəncam imzalanıb. Sərəncamın gün ərzində açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib. R.Usubovun adı bir sıra qalmaqallı hadisələrdə, o cümlədən Hacı Məmmədovun işində hallanıb.