Zərifə Əliyeva: Qayğıkeş ana, nümunəvi həyat yoldaşı və görkəmli alim

ÖLKƏ
16:53 / 28.04.2026
160

“Bu gün, aprel ayının 28-də Azərbaycan tibb elminin ən görkəmli simalarından biri olan Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü tamam olur”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Zərifə xanım Əliyeva sözün həqiqi mənasında elmdə göz xəstəliklərinin müalicəsində tətbiq edilən unikal təcrübənin və elmi yanaşmaların müəllifidir:


“Zərifə xanımın əsərləri bu günləri həkimlərin stolüstü kitabıdır. Onun ixtiraları və elmi yaradıcılıq məhsulu olan kitabları tibb sahəsində çalışan mütəxəssislər, habelə tələbələr üçün çox böyük məna və əhəmiyyət kəsb edir. Bunlar onların təkmilləşməsində və kadr kimi yetişməsində müstəsna rol oynayır.


Zərifə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olaraq da hər zaman onun yanında olub. Sonralar Ulu Öndər Heydər Əliyev özü də etiraf edir ki, bütün uğurlu kişilərin arxasında bir güclü qadın dayanır və onların məhəbbəti də sınaqlardan çıxmış məhəbbətdir. Hesab edirəm ki, bu sevgi, bu məhəbbət onların sonrakı həyatda qazandığı uğurlarda çox böyük rol oynayıb və bizim gənc nəsillər üçün də bir nümunədir”.

Millət vəkili qeyd edib ki, Zərifə xanım Əliyeva vəfalı həyat yoldaşı olaraq Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinə rəng qatıb:
“Bu günləri xalqımız qəlbində həm Ulu Öndər Heydər Əliyevə, həm də Zərifə xanım Əliyevaya əbədi sevgi var. Üstəlik, onlar bu gün dünya səviyyəli bir lider olan Azərbaycan Prezidenti cənab İlham Əliyevi dünyaya gətiriblər və onu belə böyük şəxsiyyət kimi yetişdiriblər. Biz bu günləri cənab Prezident ilə qürur duyuruq, eyni zamanda həm Ulu Öndərə, həm də Zərifə xanım Əliyevaya minnətdarıq”.

Deputat diqqətə çatdırıb ki, Zərifə xanım Əliyeva təkcə həkim deyil, həm də ictimai xadim olaraq da çox böyük xidmətlər göstərib:
“Zərifə xanımın bütün fəaliyyəti Azərbaycanda tibb elminin inkişafına, onun sonrakı yüksəlişi mənafeinə xidmət göstərib. Bu günləri həm Ulu Öndər Heydər Əliyevin, həm də onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın ruhu şaddır. Çünki canlarından da çox sevdikləri vətənləri Azərbaycan bu günləri dünyaya bir günəş kimi parlayır və dünyada sayılıb-seçilən dövlətlərdən biridir”.

Elmir Mustafa


 

0